\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycanda koronavirusdan daha 8 nəfər öldü

Azərbaycanda koronavirusdan daha 8 nəfər öldü
1438baxış

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 040 nəfər müalicə olunaraq sağalıb, 4 921 nəfər vəfat edib, aktiv xəstə sayı 4 171 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 649, ötən müddət ərzində isə ümumilikdə 3 523 638 test aparılıb.