\
30 Sentyabr 2024 - Bazar ertəsi

Gürcüstanın vaksin vurduran səhiyyə naziri COVID-19-a yoluxdu

Gürcüstanın vaksin vurduran səhiyyə naziri COVID-19-a yoluxdu
1525baxış

COVID-19 infeksiyasına qarşı vaksin vurduran Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze koronavirusa yoluxub.

Bu barədə “Novosti Qruziya” məlumat yayıb. Bildirilir ki, nazir özünü yaxşı hiss edir. Nazir birinci mərhələ üzrə vaksinasiyadan keçib və ona “AstraZenecа” peyvəndi vurulub. Nazirə peyvəndin ikinci dozası iyunda vurulmalı idi.

Yeni növ koronavirus infeksiyası ilə bağlı analiz nümunələri müsbət çıxan Ekaterina Tikaradze özünü təcrid rejiminə keçib və işini distant formada davam etdirir.