\
30 Sentyabr 2024 - Bazar ertəsi

Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı

Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı
1445baxış

Yaponiyanın qərbindəki Kobe şəhərində koronavirusun yeni mutasiyaya uğramış növü aşkar edilib.

Trend-in məlumatına görə, yeni növ 50 yaşlı şəxsin orqanizmində tapılıb.

Həmin xəstə ölkə ərazisini tərk etmədiyi üçün mütəxəssislər yeni mutasiyanın onun orqanizmində formalaşdığını ehtimal edirlər.

Aparılan araşdırmalar nəticəsində həmin növün koronavirusun Britaniya ştammından yarandığı müəyyənləşib.

Bu növün də yüksək yoluxuculuq qabiliyyətinin olduğu ehtimal olunur.