\
30 Sentyabr 2024 - Bazar ertəsi

Azərbaycan Almaniyadan bu məhsulların alışını dayandırdı

Azərbaycan Almaniyadan bu məhsulların alışını dayandırdı
1453baxış

Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən  məlumata əsasən, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Almaniyanın Bremen şəhərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.