\
30 Sentyabr 2024 - Bazar ertəsi

Vətən müharibəsində itkin düşən daha iki hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha iki hərbçinin nəşi tapılıb
1434baxış

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha iki hərbçisinin nəşi tapılıb.

Mediapress.az-ın Qərb Mərkəzinin məlumatına görə, səkkiz aydır itkin düşən Gəncə şəhər sakini Elvin Mustafayev və Orxan Yusubovun şəhid olduğu məlum olub.

Hər iki şəhid Gəncə şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Mustafayev Elvin Fəxrəddin oğlu 1992-ci ilin mart ayının 14-də anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət edirdi.

Yusubov Orxan Allahverdi oğlu 1992-ci ilin yanvar ayının 19-da Gəncə şəhərində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan O.Yusubov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. O.Yusubov Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!

 

Mustafayev Elvin və Yusubov Orxan