ÜST-ün regional direktoru Azərbaycana gələcək
1413
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Azərbaycana səfər edəcək.
Mediapress.az-ın xəbərinə görə, bunu təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.