\
10 May 2024 - Cümə

DİN Kəlbəcərdə minaya düşən KİV nümayəndələri ilə bağlı məlumat yaydı

DİN Kəlbəcərdə minaya düşən KİV nümayəndələri ilə bağlı məlumat yaydı
3214baxış
Baş Prokurorluq və DİN məlumat yaydı: "4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilmişlər. Faktla bağlı cinayət işi başlanılıb". Mediapress.az