\
30 Sentyabr 2024 - Bazar ertəsi

Bakıda 62 yaşlı piyadanı motosiklet vurub

Bakıda 62 yaşlı piyadanı motosiklet vurub
1498baxış

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mediapress.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Səfər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Sevil Mütəd qızı Seyidova yolu keçmək istəyərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.