\
30 Sentyabr 2024 - Bazar ertəsi

İranın Azərbaycandakı səfirliyi jurnalistlərin həlak olması ilə bağlı başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi jurnalistlərin həlak olması ilə bağlı başsağlığı verib
1509baxış

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

Bu barədə səfirliyin "Twitter" səhifəsində açıqlama yer alıb.

"İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik", - deyə paylaşımda qeyd olunub.