\
29 Sentyabr 2024 - Bazar günü

İtalyan futbolçu qardaşının xatirəsinə həsr edilmiş matç zamanı ölüb

İtalyan futbolçu qardaşının xatirəsinə həsr edilmiş matç zamanı ölüb
1540baxış

İtaliyanın "Parma" klubunun futbolçusu Cüzeppe Perrino üç il əvvəl vəfat etmiş qardaşının xatirəsinə həsr edilmiş matç zamanı dünyasını dəyişib.

Bu barədə Mediapress.az “The Sun”a istinadən xəbər verir.

Məlumata görə, futbolçu oyun zamanı huşunu itirib. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası onun həyatını xilas etməyə nail olmayıb. Həkimlərin sözlərinə görə, Cüzeppe Perrinonun ölümünə infarkt səbəb olub. Qeyd edək ki, onun qardaşı Rokko Perino da üç il əvvəl oyun zamanı infarktdan ölüb.

Cuzeppe Perino karyerasının çox hissəsini İtaliyanın aşağı liqalarında keçirib. O, 2012-ci ildə "Parma"ya keçib, amma rəsmi görüşdə iştirak etməyib.

Klub və şəhərin meri oyunçunun ailəsinə başsağlığı verib. Bununla yanaşı, Respublika Gününün qeyd edilməsi də ləğv olunub.