\
29 Sentyabr 2024 - Bazar günü

Kəlbəcərdə şəhid olan operator dəfn edilib

Kəlbəcərdə şəhid olan operator dəfn edilib
1537baxış

Kəlbəcərdə şəhid olan AzTV əməkdaşı dəfn edilib.

Kəlbəcərdə minaya düşərək həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov bu gün son mənzilə yola salınıb.

"Mediapress.az" xəbər verir ki, peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasiminə şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, millət vəkilləri, media nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb.