\
29 Sentyabr 2024 - Bazar günü

“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub

“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub
1738baxış

Radikal “Taliban” qruplaşması silahlılarının Əfqanıstanda blok-posta etdikləri hücum nəticəsində 7 hərbçi həlak olub.

Mediapress.az məlumat verir ki, bu barədə “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.

Hücum cümə günü gecə saatlarında Baqdis əyalətində qeydə alınıb.

Baqdis əyalətinin Kadis dairəsinin qubernatoru Mirzə Əli Bidar telekanala bildirib ki, toqquşmalar zamanı “talibançılar” da itki veriblər.