Mövlud Çavuşoğlu Fransada səfərdə olacaq
1558
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 6-7-də Fransada səfərdə olacaq.
APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, türkiyəli naziri Fransa Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Jan-İv Le Drian ölkəsinə dəvət edib.
Nazirlər ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı(Aİ) münasibətləri, regional və gündəmdəki məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.
Həmkarlar beynəlxalq aləmdə baş verən hadisələri də müzakirə edəcəklər.