\
29 Sentyabr 2024 - Bazar günü

Bakıda körpünün üzərində qəza tıxaca səbəb oldu - FOTO

Bakıda körpünün üzərində qəza tıxaca səbəb oldu - FOTO
1494baxış

Bakının Ziya Bünyadov prospektində, Koroğlu metrosunun yanında, Qara Qarayev prospekti istiqamətində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Mediapress.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Olimpiya Stadionunun qarşısından başlayaraq hadisə yerinədək sıxlıq müşahidə olunur.