\
18 Aprel 2024 - Cümə axşamı

Əcnəbilər Gürcüstanda vaksin vurdura biləcəklər

Əcnəbilər Gürcüstanda vaksin vurdura biləcəklər
1320baxış

"Gürcüstanda olan xarici ölkə vətəndaşlarına koronavirusa qarşı vaksinasiyadan keçmək imkanı veriləcək".

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O, bu məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında müzakirə olunacağını bildirib: "Gürcüstanda yaşayış izni olan xarici vətəndaşlar və diplomatlara peyvənd vurulur. Ölkə ərazisində müəyyən müddət ərzində olan əcnəbilər üçün də vaksini əlçatan etməyi düşünürük".