\
26 Aprel 2024 - Cümə

Dövlət qulluğuna qəbulda bu yeniliklər olunacaq

Dövlət qulluğuna qəbulda bu yeniliklər olunacaq
1416baxış

Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 5.4. bəndinə uyğun olaraq “Dövlət qulluğunda səriştə modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin icrasına başlanıb.

DİM-dən mediapress.az-a verilən məlumata görə, təsdiq edilən model dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq ediləcək. Layihə çərçivəsində dövlət qulluğu vəzifəsi iddiasında olan namizədlərin zəruri səriştələrinin qiymətləndirilməsi üçün test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətlərindən istifadə ediləcək.