\
29 Mart 2024 - Cümə

Azərbaycan yanğınsöndürmə avtomobili istehsal edəcək - VİDEO - FOTOLAR

Azərbaycan yanğınsöndürmə avtomobili istehsal edəcək - VİDEO - FOTOLAR
1619baxış

Azərbaycan ilk dəfə olaraq yanğınsöndürmə avtomobillərinin istehsalına başlayıb.

Mediapress.az bildirir ki, Trend-ə açıqlamasında istehsalçı şirkətin servis üzrə baş meneceri Kənan Məmmədov deyib.

O bildirib ki, artıq şirkət istehsal etdiyi avtomobili satışa çıxarmağa hazırlaşır: "Yanğınsöndürmə avtomobili "MAN" markalı yük avtomobili üzərinə yığılıb. Avtomobilin bütün üst qurğuları Azərbaycan istehsalıdır. Avtomobil müasir və güclü suvuran qurğu-sistemlə təchiz edilib. Avtomobil eyni vaxtda su və köpük vurmaq qabiliyyətindədir və dəqiqədə 3 min litr su vura bilir. Avtomobil su nasosu və yanğınsöndürmə avadanlıqları ilə təchiz edilib və sınaqdan keçirilib, texnika yanğın söndürülməsi ilə bağlı bütün standartlara cavab verib. Avtomobil yalnız şəhər daxilində istifadə üçün nəzərdə tutulub".

Şirkət nümayəndəsi bildirib ki, 299 at gücünə malik olan avtomobilin təkər bazası 3860 mm, ümumi çəkisi 14 min kiloqtamdır: "Avtomobil 3 nəfərlik heyət üçün nəzərdə tutulub, 2 tonluq su çəni və 450 litrlik köpük çəni var. Avtomobil hələlik kütləvi satışa çıxarılmayıb. Əgər sifariş olarsa, həmin avtomobillərin kütləvi istehsalına başlaya bilərik".

Xatırladaq ki, yeni istehsal edilən yanğınsöndürmə avtomobili Bakıda keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgilərində nümayiş etdirilib.