\
29 Mart 2024 - Cümə

Bu il məktəblərdə “Son zəng” keçiriləcək

Bu il məktəblərdə “Son zəng” keçiriləcək
1688baxış

"Bu il “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".

Mediapress.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Tədbir açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq".