\
24 Aprel 2024 - Çərşənbə

İşçilərlə əmək müqaviləsi bağlamayan - ŞİRKƏT böyük məbləğdə cərimələndi

İşçilərlə əmək müqaviləsi bağlamayan - ŞİRKƏT böyük məbləğdə cərimələndi
1554baxış

“Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. 

 

Bu barədə Qazax rayon prokurorluğu məlumat yayıb.

Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.