\
29 Mart 2024 - Cümə

Yaxın 3 gün ərzində hava belə olacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

Yaxın 3 gün ərzində hava belə olacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU
1522baxış

“Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq”. Bu sözləri Mediapress.az-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bölgələrdə və əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: “Bəzi yerlərdə yağıntı intensiv olacağı və dolu düşəcəyi ehtimal olunur. Havanın temperaturu 29-34, dağlıq ərazilərdə isə 17-20 dərəcə isti olacaq”.