\
25 Aprel 2024 - Cümə axşamı

Cərrah malanı xəstənin qarnında unutdu - Qalmaqal - FOTOLAR - FOTOLAR

Cərrah malanı xəstənin qarnında unutdu - Qalmaqal - FOTOLAR - FOTOLAR
1545baxış

İstanbulda qarın ağrısı şikayəti ilə müraciət etdiyi xəstəxanada dalaq əməliyyatı etdirən Fatma Soylunun başına inanılmaz hadisə gəlib.

Mediapress.az Türkiyə mediasına istinadən xəbər verir ki, 41 yaşlı qadın 6 il əvvəl qarın ağrısı səbəbiylə xəstəxanaya gedib. Orada da dalağının partladığından əməliyyat olunub və 3 gün sonra evə buraxılıb. Lakin şiddətli ağrısı olan və yeriyə bilməyən Fatma yenidən xəstəxanaya yollanıb. Həkimlər əməliyyatdan sonrakı ağrının normal olduğunu söyləyərək onu geri qaytarıblar.

Başqa yerdə müayinə olunarkən bəlli olub ki, Soylunun qarnında tibb mala unudulub. Bu səbəbdən də xəstəxananı və əməliyyatı həyata keçirən qrupu məhkəməyə verib. Məhkəmə xəstəxananı günahkar çıxarıb və zərər çəkmiş vətəndaşa 82 min 71 lirə ödənilməsinə qərar verib.