\
20 Aprel 2024 - Şənbə

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
1391baxış

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.  

 

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Mediapress.az