\
29 Mart 2024 - Cümə

Rusiyadan təhlükəli ssenari: - “Qarabağda hərbçilərinin sayını artırmaq...”

Rusiyadan təhlükəli ssenari: - “Qarabağda hərbçilərinin sayını artırmaq...”
1408baxış
Rusiya XİN nümayəndəsi Mariya Zaxarova  Qarabağ üzrə üçtərəfli işçi qrupun yaxın zamanda öz fəaliyyətini bərpa edəcəyini gözlədiyini deyib.
O, qeyd edib ki, Rusiya, həmçinin Qarabağın minalardan təmizlənməsi prosesinin də sürətlənəcəyinə ümid edir. Yaxşı bir misalımız var: “Dəlidən doğru xəbər”. Hərçənd, bəlkə də, hər kəsin səmimiliyinə inanmaq olar, Moskvadan başqa.

 
 Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev sözügedən bəyanat barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bu, növbəti provokasiya cəhdidir: 
 
“Ayseberqin görünməyən tərəfinə baxmaq lazımdır. Əslində həmin açıqlama Azərbaycanın ziyanınadır və bizim üçün təhlükəlidir. Məlum olduğu kimi, ötən altı ayda ərazilərin minalardan təmizlənməsi üçün təxminən 100 rus əsgəri göndərilib.
 
 
İndi bir bəhanə ilə həmin hərbçilərin sayını bir az da artırmaq istəyirlər. Bu, uzun müddətə hesablanmış təxribatdır.
 
Ölkəmizdə min nəfər rus hərbçisi olduqdan sonra istənilən addımı ata bilərlər. Hər halda Rusiya Şuşanın, Hadrutun və digər yerlərin azad edilməsinə görə olduqca narahatdır.
 
Həmin torpaqlar yenidən tapdaq altına düşə bilər. Odur ki, ehtiyatlı davranmalıyıq. Rusiya heç vaxt səmimi olmayıb. Şimal qonşumuzun səmimiliyinə inananlar isə ancaq “5-ci kolon”un üzvləridirlər.
 
Niyə, Ərdoğan ailəsi birlikdə Şuşaya gəlmək haqda açıqlama verəndən sonra Zaxarova belə bəyanat səsləndirdi?! Əlbəttə, bu, təsadüfi deyil. Dövlət başçısının Rusiya rəsmisinin sözlərinə müsbət reaksiya verəcəyinə inanmıram”.