\
16 Aprel 2024 - Çərşənbə axşamı

Şampunlar haqqında - BİLMƏDİKLƏRİMİZ

Şampunlar haqqında - BİLMƏDİKLƏRİMİZ
1389baxış

Gündəlik istifadəmizə daxil olan kimyəvi məhsullardan biri də saç şampunlarıdır. İndi ancaq saç yuyarkən işlədilən şampunlar vaxtilə fərqli məqsədlər üçün də istifadə edilirmiş. 

1. 1800-cü illərin sonlarına qədər insanlar şampunları tualet, mətbəx dəzgahı və hətta dişlərini təmizləmək üçün istifadə edirdilər. 

2. İddiaların əksinə, saçı yağlı göstərən maddə "sebum" su keçirməz olduğu üçün şampunların baş dərisinə o qədər də faydası yoxdur. 

3. Şampundakı maddələrin sadəcə, yüzdə 50-si su ilə reaksiyaya girir. 

4. 1908-ci ildə Nyu-York mətbuatı 6 həftədə bir deyil, 2 həftədə bir şampunla yuyunmağı tövsiyə edib. 

5. Mütəxəssislərin fikrincə, həftədə bir, ya iki dəfə şampunla yuyunmaq ən doğrusudur. 

6. Şampunların saça həcm verməsini və ya parlaqlığını artırmasını polimerlər təmin edir.

7. Astronavtlar kosmosda saçlarını yumaq üçün suya ehtiyac duyulmayan özəl bir şampundan istifadə edirlər.

8. Tibb bacılarının işini asanlaşdırmaq üçün yaponlar saç şampunlayan robot icad ediblər. 

 

9. Eyni marka şampunların tərkibi ölkədən ölkəyə fərqlidir, çünki hər ölkədəki suyun keyfiyyəti dəyişkəndir. 

10. Şampunların axın dinamikasını izah etmək alimlərin tam 40 ilini alıb. 

11. Şampunlar yağ ləkələrini çıxartmaqda olduqca təsirlidir. 

12. Körpə şampunlarının normallardan fərqi odur ki, polimer və nəmləndirici tərkibli deyillər.

13. Kəpəyə qarşı istifadə edilən şampunların içində silikon var.