\
26 Aprel 2024 - Cümə

Cəlilabad sakini intihar edib

Cəlilabad sakini intihar edib
1331baxış

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Mediapress.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.