\
19 Aprel 2024 - Cümə

Bakının bu qəsəbəsində açıq havada maskasız gəzmək mümkün deyil - FOTOLAR

Bakının bu qəsəbəsində açıq havada maskasız gəzmək mümkün deyil - FOTOLAR
1477baxış

Görüntülər Xəzər rayonunun Binə-Atçılıq qəsəbəsindəndir.

Mediapress.az-ın məlumatına görə, ərazi zibilik içərisindədir. Atçılıq sakinləri bildirir ki, ərazidə zibil qutuları olmadığı üçün məişət tullantıları məhlələrdə qalaqlanır.

Nəticədə darvazaların önü zibil kisələri ilə dolub daşır ki, bu ya isti yay aylarında zibillərin iylənməsinə və ətrafın üfünət qoxmasına, eləcə də ətrafda milçək və ağcaqanadların antisanitar vəziyyət yaratmasına səbəb olur.

Əraziyə bəzən aylarla zibil maşınları gəlmədiyi üçün vətəndaşlar çıxış yolunu zibil tullantılarını yol kənarlarında yandırmaqda görürlər ki, bu da yol kənarlarındakı qaz boru xətlərinin ətrafında təhlükə yaradır. Bəzi yanmayan tullantılar isə elə orda da qalır.

Sakinlərin sözlərinə görə, 10 illiklər boyu ərazidə zibil qutuları qoyulmayıb. Araşdırmalar nəticəsində aydın oldu ki, sözügedən qəsəbədə Binə və Buzovna bələdiyyəsinə aid olan sahəni qəsəbədəki “TT” adlanan market ayırır. TT marketdən aerport trasına qədər olan ərazi Binə bələdiyəsinə, əks istiqamət isə Buzovna bələdiyyəsinə aiddir.

Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev məsələ ilə bağlı bildirdi ki, Bakı şəhəri ərazisində əmələgəlmə mənbələrindən asılı olmayaraq, bütün məişət tullantılarının yığılıb daşınması Təmiz Şəhər ASC-yə həvalə edilib. Buna baxmayaraq, vətəndaşlar müraciət etdikdə, Buzovna bələdiyyəsi olaraq, dərhal həmin əraziyə baxış keçirdib, bələdiyyənin daxili imkanlarına uyğun olaraq, mövcud vəziyyəti aradan qaldırmağa çalışırıq.

Qurumun rəsmisi onu da bildirdi ki, baxmayaraq ki, sözügedən ərazi bələdiyyə mülkiyyətinə aid deyil, amma vətəndaş müraciəti əsasında dərhal hadisə məkanına baş keçirib yaranmış vəziyət aradan qaldırılacaq.