\
20 Aprel 2024 - Şənbə

Koçaryan: - "Seçkilərdən sonra qarşıdurma istisna edilmir"

Koçaryan: - "Seçkilərdən sonra qarşıdurma istisna edilmir"
1444baxış

“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir".

Mediapress.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir: “Əlbəttə, bu, arzu edilən variant deyil. Ancaq onu da tamamilə inkar etmək olmaz”.

Koçaryanın fikrincə, bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq: “Əgər Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Mütəxəssislər hesab edir ki, Koçaryan bu açıqlaması ilə mövcud hökuməti hədələyib. O demək istəyir ki, başçılıq etdiyi blok bu siyasi kampaniyanın qalibi olmasa, iğtişaş törədəcək.