\
29 Mart 2024 - Cümə

COVID pasportunun əvəzinə arayışın hansı halda verilə biləcəyinə aydınlıq gətirildi - Prezidentin köməkçisi

COVID pasportunun əvəzinə arayışın hansı halda verilə biləcəyinə aydınlıq gətirildi - Prezidentin köməkçisi
1384baxış

“Bu gün Azərbaycanda tətbiq olunan Çinin “CoronoVac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.