\
26 Aprel 2024 - Cümə

Bu avtobuslar hərəkət trayektoriyasın müvəqqəti dəyişib

Bu avtobuslar hərəkət trayektoriyasın müvəqqəti dəyişib
1386baxış
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
 
Məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.  
Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:
 
• 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
• 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
• 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;
• 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
• 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;
• 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;
• 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.