\
18 Aprel 2024 - Cümə axşamı

Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb

Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb
1335baxış

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mediapress.az-a verilən xəbərə görə, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü və 2 sərnişini orada ölüb.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.