\
20 Aprel 2024 - Şənbə

QMİ-nin internet televiziyası "Quran" dərslərinə başlayıb - VİDEO

QMİ-nin internet televiziyası "Quran" dərslərinə başlayıb - VİDEO
1344baxış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) layihəsi olan "114 TV"nin efirində yeni proqrama start verilib.

Mediapress.az-ın xəbərinə görə, proqram onlayn formada "Qurani-Kərimi" oxumağı öyrənmək istəyənlər üçün nəzərdə tutulub. "Quran" müəllimi İlkin Həsənzadənin təqdimatında olan verilişin artıq ilk bölümləri yayımlanıb.

Ənənəvi tədrisdən fərqli olaraq burada dərslər oxunuş və yazı qaydaları olaraq iki hissəyə ayrılır. Həm hərf və kəlmələrin səsli tələffüzü, həm də yazı qaydaları tədris olunur.

Verilişlər mütamadi olaraq "114 TV"nin rəsmi "Youtube" kanalında və digər sosial media hesablarında yayımlanacaq.