\
29 Mart 2024 - Cümə

Yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq

Yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaq
1319baxış

Danimarkada koronavirusa qarşı immuniteti gücləndirmək üçün 12-15 yaşlı yeniyetmələrin peyvənd olunması tövsiyə olunur.

Mediapress.az “The Local”a istinadən xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Qurumunun baş direktoru Soren Brostrem mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 16 və yuxarı yaş qrupları arasında peyvəndləmə nəticəsində əldə edilmiş 70 faiz səviyyəsindəki immun gücü karantin məhdudiyyətləri tətbiq etmədən epidemiyanı nəzarətə götürmək üçün kifayət deyil.

Qurumun yaydığı açıqlamaya görə, yeniyetmələr arasında peyvəndləmə yay tətilindən sonra, təxminən, sentyabr ayında başlayacaq və könüllü həyata keçiriləcək.

Danimarka uşaqlar arasında peyvəndləməyə gedən son ölkələrdəndir. Fransada 12-18 yaş arasında yeniyetmələr arasında peyvəndləmə iyunun 15-də başlayıb. İsveçrədə 12-15 yaşlı yeniyetmələri iyul ayının ortalarından, İspaniyada isə 12-17 yaş arasında yeniyetmələri sentyabrdan əvvəl peyvəndləməyə başlamaq nəzərdə tutulur.