\
23 Aprel 2024 - Çərşənbə axşamı

Qeyri-qanuni yolla ölkəyə külli miqdarda siqaret gətirilib - FOTO

Qeyri-qanuni yolla ölkəyə külli miqdarda siqaret gətirilib - FOTO
1722baxış

Ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi aşkarlanıb.

Məlumat təsdiqini tapdıqdan sonra Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirilib və “Mercedes Benz” markalı avtomobil saxlanılıb.

 

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.