\
19 Aprel 2024 - Cümə

Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu - VİDEO

Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu - VİDEO
1436baxış
Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi olub.
 
O, bu barədə öz “Facebook” profilində paylaşım edib.
 
Paylaşımda deyilir:
 
“Əziz dostlar, çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, sizin səsləriniz sayəsində finala çıxdığım Greentech Festival-ı nəzdində keçirilən Green Awards (Yaşıl Mükafatlar) müsabiqəsində qalib oldum. Sevincimin həddi-hüdudu yoxdur. Bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək və Azərbaycan adına qalıb olmaq böyük şərəfdir. Sizə mənə olan dəstək və etimadınıza görə sonsuz minnətdaram!”.