\
11 Yanvar 2025 - Şənbə

İstanbulda zəlzələ olub

İstanbulda zəlzələ olub
1521baxış

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

Mediapress.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.