\
29 Sentyabr 2024 - Bazar günü

Azərbaycanda restoran yanır - VİDEO

Azərbaycanda restoran yanır - VİDEO
1422baxış

Şabran rayonunda restoranda yanğın olub.

Mediapress.az APA-ya istinadən bildirir ki, Bakı-Quba yolunun kənarında yerləşən "Qala" restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində restoranın 500 kvadratmetr hissəsi tamamilə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.