\
29 Sentyabr 2024 - Bazar günü

Bakıda müşahidə olunan toz dumanı ilə bağlı nazirlikdən - AÇIQLAMA YENİLƏNİB + FOTO

Bakıda müşahidə olunan toz dumanı ilə bağlı nazirlikdən - AÇIQLAMA YENİLƏNİB + FOTO
1382baxış

Toz dumanlı hava şəraiti həftənin sonuna qədər davam edəcək. 

Bu barədə Mediapress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Paytaxtda müşahidə olunan toz dumanlı hava şəraiti iki gün davam edəcək.

08:28

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. 

Avtomatik stansiyalardan ötən gün saat 14:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə çox olub. 

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır. 

Qeyd edək ki, toz dumanlı hava şəraiti ötən gündən müşahidə edilir.