\
29 Sentyabr 2024 - Bazar günü

Çimərlikdə “Niva” sürənlər saxlanıldı - Video+FOTOLAR - VİDEO - FOTOLAR

Çimərlikdə “Niva” sürənlər saxlanıldı - Video+FOTOLAR - VİDEO - FOTOLAR
1424baxış

Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar.

Mediapress.az xəbər verir ki, bir neçə gün əvvəl idarə etdikləri "Niva" markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər Sumqayıt Şəhər DYP əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin maşınların sürücüləri, Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.