\
29 Sentyabr 2024 - Bazar günü

Təqaüdçülər Yaponiyada keçiriləcək Olimpiya oyunlarında təhlükəsizliyi qoruyacaq

Təqaüdçülər Yaponiyada keçiriləcək Olimpiya oyunlarında təhlükəsizliyi qoruyacaq
1405baxış

Yaponiyada təqaüdə çıxmış polis əməkdaşları Tokio Olimpiadasında təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq.

Mediapress.az bildirir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

 

Belə ki, təqaüdə çıxmış və yaşı 65-dən 87-yə qədər olan keçmiş hüquq mühafizə orqanlarının əməkdaşları Tokio Olimpiadasında oyunların keçiriləcəyi obyektlərin təhlükəsizliyinə nəzarət edəcək.

Qeyd olunur ki, təqaüdçülərin fəaliyyəti könüllü əsaslarla təşkil olunacaq.

Veteran polis işçiləri əsasən tamaşaçıların üzərinə baxış keçirəcək, insanların axınını tənzimləməkdə iştirak edəcəklər.