\
29 Sentyabr 2024 - Bazar günü

QAZİLƏR PULSUZ MÜAYİNƏDƏN KEÇDİLƏR - FOTOLAR

QAZİLƏR PULSUZ MÜAYİNƏDƏN KEÇDİLƏR - FOTOLAR
1564baxış

Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılğı ilə paytaxtda yerləşən klinikaların birində 26 iyun Silahlı Qüvvələr günü münasibətilə 100 nəfər Vətən müharibəsi qazisi və onların övladlarının tibbi müayinəsi həyata keçirilib. 

Mediapress.az xəbər verir ki, Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olanan müayinə aksiyasında İkinci Qarabağ savaşında əzmlə döyüşən qazilərimiz və onların övladları tibbi müayinədən keçirilib. Aksiyanın məqsədi barədə danışan  təşkilatçılar  bu addımla şəhid ailələri və qazilərimizə, onların ailə üzvlərinə  ictimai dəstək nümunəsi göstərmək istədiklərini bildiriblər. 3 gün davam edəcək aksiyada qazilərimiz və onların ailə üzvləri üçün bütün tibbi müyinələr, həkim qəbulu, labarator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil ediləcək. Həkim müayinəsində olan qazilərimiz və onları müayinə edən həkimlərin fikirlərini öyrəndik.Savaşda  şücaət göstərmiş qazilər onlara göstərilən diqqət və qayğıdan məmun olduqlarını dilə gətidilər.

 Qeyd edək ki, bir gün ərzində 20 nəfər qazi və onların ailə üzvlərinin müayinədən keçirilməsi nəzərdə tutulub. Bir neçə gün davam edəcək aksiyada paytaxt Bakı və bölgələrdən olan qazilər və onların ailə üzvləri tibbi müayinədən keçəcək.

 

TURANƏ TAĞIZADƏ