Azərbaycana qarşı döyüşmüş Monaxı İrəvan həbs etdi
1501
Ermənistanda “Monax” ləqəbli keçmiş hərbçi Artur Ayvazyan həbs edilib.
Mediapress.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Qeyd edək ki, Ayvazyan I Qarabağ müharibəsinin iştirakçısıdır. O, müxtəlif kriminal hadisələrdə iştirak edib. 1999-cu ildə parlament teraktının şahidlərindən birini öldürməkdə ittiham edilərək 15 il həbs cəzasına məhkum edilsə də, sonradan vaxtında əvvəl azadlığa buraxılmışdı.
Ayvazyan, həmçinin dəfələrlə Paşinyanın tərəfdarlarına hücumlarda iştirak edib.