\
29 Sentyabr 2024 - Bazar günü

3-cü dozaya hazırlıq: Antitellər pulsuz yoxlanılacaq?

3-cü dozaya hazırlıq: Antitellər pulsuz yoxlanılacaq?
1456baxış

Bakı şəhərindəki tibb müəssisələrində COVID-19 əleyhinə peyvəndin hər iki dozasını qəbul etmiş şəxslərin pulsuz İmmunoqlobulin G (anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda pozitivləşməyə başlayır və biz bunu qoruyucu anticism) analizindən keçiriləcəyilə bağlı məlumatlar yayılıb.

 

Məlumata görə bu, peyvəndin 3-cü dozasının vurulması ilə bağlı araşdırma və müzakirələrdən sonra reallaşacaq. Belə ki, hər iki dozanı qəbul etmiş şəxslərin qanında COVID-19 əleyhinə antitel yaranmazsa, həmin şəxslərə peyvəndin 3-cü dozası vurulacaq.

Mediapress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva Modern.az-a açıqlamasında hazırda vaksinin 3-cü dozasının tətbiqi ilə bağlı bir neçə ölkədə araşdırma aparılır:

"Bu çalışmaların nəticəsinin 3-cü rübün sonlarında açıqlanması gözlənilir. Nəticədən asılı olaraq da qərar qəbul ediləcək".

İnfeksionist hazırda məsələ ilə bağlı təsdiqlənmiş qərarın olmadığını vurğulayıb.