\
29 Sentyabr 2024 - Bazar günü

Vətən müharibəsi iştirakçısı medalsız qaldı - sosial şəbəkələr çalxalanır

Vətən müharibəsi iştirakçısı medalsız qaldı - sosial şəbəkələr çalxalanır
1518baxış
Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.
 
Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməməsini belə şərh edib:  "Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!"
 
Məsələ ilə bağlı açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, əgər E.Əhmədovun adına medalla bağlı raport yazılıbsa, bu, araşdırılacaq:
 
"Vətən müharibəsi iştirakçılarına medal verilməsi hələ davam edəcək. Müharibənin bitməsindən az vaxt keçib. Müharibə iştirakçılarının hər biri araşdırılacaq, qəhrəmanlıq göstərən hər bir kəs lazımi qaydada mükafatlandırılacaq".