\
29 Sentyabr 2024 - Bazar günü

Allahşükür Paşazadənin şok qiymətə yeni zirehli maşını üzə çıxdı - FOTO

Allahşükür Paşazadənin şok qiymətə yeni zirehli maşını üzə çıxdı - FOTO
1679baxış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin özünə dəyəri 600 min manatdan başlayan Mersedes-Maybach 57S zirehli maşın alıb.

Mediapress.az Demokrat.az-a istinadən xəbər verir ki, Şeyxin yeni avtomobilinin üzərinə "99-AA-003" olan dövlət nömrə nişanı vurulub. 

Xatırladaq ki, A.Paşazadə, bu lüks maşını ilə təqribən iki həftə öncə görüntülənib. Belə ki, o, iyunun 13-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılarkən bu avtomobildən istifadə edib.