\
20 Aprel 2024 - Şənbə

VƏTƏN MÜHARİBƏSİ ŞƏHDİNİN 20-Cİ DOĞUM GÜNÜ QEYD OLUNUB - VİDEO

VƏTƏN MÜHARİBƏSİ ŞƏHDİNİN 20-Cİ DOĞUM GÜNÜ QEYD OLUNUB - VİDEO
1450baxış

27 iyun İkinci Qarabağ şəhidi Cəsarət Səfərovun cənnətdəki ilk doğum günüdür. 

Mediapress.az bildirir ki, Space Xəbərdə Vətən müharibəsində şəhadətə ucalan Cəsarət Səfərov barədə süjet yayımlanıb.

İkinci Qarabağ şəhidi Cəsarət Səfərov 2001-ci ildə Yeni Suraxanı qəsəbəsində Səfərovlar ailəsində dünyaya göz açıb. Evin tək oğul övladıdır. Hələ 3 yaşı olanda vətənə aid şeirlər əzbər söyləyirmiş. İşğal olunan torpaqlarımızla maraqlanır , tarixi dərindən oxuyur və qisas hissi ilə yaşayırmış. Şəhidimin 20-ci doğum günündə yaşadığı 14 İyul küçəsində xatirə lövhəsinin açılışı oldu. Açılış mərasiminə Suraxanı rayon icra hakimiyyəti başçısı və digər ictimiayyət nümayəndələri doğmaları yığılmışdı.Atası Xaliq Səfərov bildirir ki, müharibə başlayan zaman oğulunun tərxis olunmasına 2 ay qalıbmış .

 

Cəsarət Səfərov ölümündən sonra Ölkə başçısı İlham Əliyev tərəfindən “Vətən uğurunda”,  “Cəsur döyüşçü”,  “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Onun xatirə lövhəsi ətrafına toplaşanlar, kədərlərini gizlədib şücaətindən,  igiliyindən ağzı dolusu danışıblar.

Şəhidin əmisi Adil Səfərov Birinci Qarabağ qazisidir. Cəsarət Səfərovun əmisi oğlu, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Şahmar Səfərov da cəbhədə gedən döyüşlərdə qəhərmancasına şəhid olub.Şahmarın qisasını alacam deyib irəli atılan Cəsərət noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. Hər iki şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.