\
18 Aprel 2024 - Cümə axşamı

Azərbaycana qayıdarkən COVID pasportu tələb olunur?

Azərbaycana qayıdarkən COVID pasportu tələb olunur?
1552baxış

Azərbaycan Hava Yolları şirkəti (AZAL) Azərbaycan vətəndaşlarından ölkəyə daxil olarkən COVID pasportunun tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.

Mediapress.az-ın məlumatına görə, şirkət bildirir ki, mövcud qaydalara əsasən, Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

Bu kateqoriyaya daxil olan sərnişinlərdən COVID-pasport tələb olunmur.