\
25 Aprel 2024 - Cümə axşamı

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı
1510baxış

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 53 nəfər həyatını itirib.

Mediapress.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 229 min 846 nəfər test edilib, onların 5 min 846-sı pozitiv nəticə verib, 6 min 536 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 730 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 687 nəfər ölüb.


Türkiyədə indiyədək 5 milyon 420 min 156 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 287 min 94 nəfəri müalicə olunaraq evə buraxılıb.