\
25 Aprel 2024 - Cümə axşamı

Gürcüstanda komendant saatı ləğv edildi

Gürcüstanda komendant saatı ləğv edildi
1594baxış

Qonşu ölkə Gürcüstanda komendant saatı ləğv olunub.


Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan komendant saatı aradan qaldırılır.
 
Mediapress.az xəbər verir ki, Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.
 
Qeyd edək ki, komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Bununla da ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.