\
20 Aprel 2024 - Şənbə

Narkoman ana saxlandı, xəsarət yetirdiyi övladı xəstəxanaya yatırıldı - Bakıda+FOTOLAR - FOTOLAR

Narkoman ana saxlandı, xəsarət yetirdiyi övladı xəstəxanaya yatırıldı - Bakıda+FOTOLAR - FOTOLAR
1653baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi AFN rəhbərliyinin müraciətini nəzərə alaraq 1 körpə uşağı təhlükədən xilas edib.

Bu barədə saytın baş redaktoru Səbuhi Qafarov bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl 3-cü Alatava 203 ünvanından gənc qadının narkotika aludəçiliyi səbəbindən azyaşlı uşaqlarına zərər yetirməsi haqda məlumat daxil olub: “Saytımıza oxucular tərəfindən müraciət edildi. Məlum oldu ki, ananın övladlarına işgəncə verməsi faktı ilə bağlı qonşular aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər, müəyyən tədbirlər görülsə də, ciddi nəticə olmayıb. Bu dəfə isə üzlərini mediaya tutublar. Təbii ki, bizim hər hansı hərəkət etməyə qanuni icazəmiz yoxdur. Ona görə üzümüzü tutduq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə. Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğluna məlumat verdik, dərhal proses başladı. Teymur bəyin verdiyi məlumata görə, artıq ana polis tərəfindən saxlanılıb, narkoloji dispanserə yatırılması üçün icazə verməsi istiqamətində tədbirlər həyata keçirilir. Övladlarından biri, hansı ki, bədənində yanıq izləri, ağır xəsarətlər var, 2017-ci il təvəllüdlü A.R xəstəxanaya yatırılıb müalicə edilir. Ana bildirib ki, digər övladları rayondadır, onun da araşdırılması aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə bu məsələyə biganə yanaşmadığı üçün minnətdaram”.

Mediapress.az