\
24 Aprel 2024 - Çərşənbə

Azərbaycanlı jurnalistlər Ukraynanın media təmsilçilərı və ekspertləri ilə görüşüblər

Azərbaycanlı jurnalistlər Ukraynanın media təmsilçilərı və ekspertləri ilə görüşüblər
1555baxış

Ukraynada səfərdə olan Azərbaycanlı jurnalistlər Hacıbəy Heydərli, Əfsələddin Ağalarov və Fərid Şahbazlı yerli media təmsilçilərı və ekspertlərlə görüşlər keçiriblər.

Səfərin məqsədi Ukrayna və Azərbaycan mediası arasında əlaqələrin inkişafı və hər iki ölkə gəncləri arasında birgə layihələrin icrası imkanlarını müzakirə etməkdir.

Səfər çərçivəsində azərbaycanlı jurnalistlərin ilk görüşü bir qrup ukraynalı jurnalistlər və hərbi ekspertlər - Yuriy Koçevenko, Dmitri Qromokov, Yuriy Cukro və Valentina Bikova ilə baş tutub.

Tədbirdə 44 günlük Vətən Müharibəsində Ukrayna mediasının Azərbaycanın haqlı savaşına verilən dəstəyə görə təşəkkür edilib. Daha sonra iki ölkənin medialararası münasibətlərin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Ekspertlər çalışdıqları media orqanlarında Azərbaycanla bağlı bundan sonra da daha geniş məqalələrlə çıxış edəcəklərini bildiriblər.

Səfərin ikinci günü Ukraynanın tanınmış informasiya agentliklərindən olan "Qolos" Media Qrupu" ziyarət edilib. Vətən Müharibəsi dönəmində Azərbaycanla bağlı verdiyi obyektiv informasiyalarla Ukrayna mediasında özünəməxsus yerə malik olan "Qolos”un rəhbəri Viktoria Poluşkinaya təşəkkür edilib.

V.Poluşkina Azərbaycanı haqlı müharibədə əldə etdiyi zəfərə görə təbrik edib. O, yaxın gələcəkdə Ukrayna-Azərbaycan medialararası platformun yaranmasının vacibliyini vurğulayıb.

Jurnalistlər həmçinin Ukrayna Maliyyə Nazirliyinin Universitetində universitetin birinci prorektoru Anton Monayenko və beynəlxalq əlaqələr şöbəsinin direktoru Andrey Bozkov ilə görüşüb. Görüşdə azərbaycanlı gənclər üçün yeni imkanlar və ortaq layihələrlə bağlı maraqlı müzakirəmiz baş tutub. Daha sonra universitetin Jurnalistika fakültəsi və studiyası ziyarət edilib. Jurnalistika fakültəsi ilə ortaq layihələrlə bağlı razılıq əldə olunub.

Tədbirlərin üçüncü günü Odessa şəhərində davam edib. Odessada Ukrayna Jurnalistlər Birliyinin Regional Ofisində keçirilən tədbirdə birliyin sədri, Ukraynanın Əməkdar jurnalisti Yuri Rabotin, birliyin İdarə Heyətinin üzvü, tanınmış jurnalist Natalia Privalova və digər rəsmi şəxslər iştirak edib.

Görüş zamanı ukraynalı jurnalistlərə Vətən müharibəsi, Azərbaycandakı media siyasəti haqqında geniş məlumat verilib və Azərbaycan-Ukrayna mediası arasında əməkdaşlıq üçün ilkin razılığa gəlinib.

Görüşlərdə Vətən Müharibəsinin qələbə simvolu olan "Xarı Bülbül” sancaqları hədiyyə edilib. Tədbirlər Ukrayna mediası tərəfindən geniş işıqlandırılıb.